BMT Livandakı sülhməramlı missiyasının vaxtını uzatdıbackend

BMT Livandakı sülhməramlı missiyasının vaxtını uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı Livan Müvəqqəti Sülhməramlı Qüvvələrinin müddətini daha bir il uzatmağa qərar verib.

NOCOMMENT.az xəbər verir ki,Qərar BMT Təhlükəsizlik Şurasında səsvermə yolu ilə qəbul edilib.

Səsvermədə Rusiya və Çin bitərəf qalıb, 13 üzv isə UNIFIL-in müddətinin bir il uzadılmasına səs verib.

Qeyd edək ki, UNIFIL-in mandatı ilə bağlı qətnamə layihəsi əslində dünən səsə qoyulmalı idi. Lakin bəzi üzv dövlətlər Fransanın təqdim etdiyi qətnamə layihəsinə qarşı çıxıblar. Danışıqların davam etdirilməsi üçün səsvermə bu günə təxirə salınıb.

NOCOMMENT.AZ