Əlcəzair Fələstinin BMT-yə qəbulu məsələsinə qayıtmağa söz veribbackend

Əlcəzair Fələstinin BMT-yə qəbulu məsələsinə qayıtmağa söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzairin BMT-dəki daimi nümayəndəsi Amar Benjama ölkəsinin Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi məsələsi ilə BMT Təhlükəsizlik Şurasına qayıdacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Daimi nümayəndənin sözlərinə görə, Fələstinin BMT-yə qəbul olunmasına böyük dəstək verilməsi dövlətin dünya qurumunun üzvləri arasında öz yerini tutmağa layiq olduğuna aydın siqnal verir.

“Bu gün Fələstinin müraciətini dəstəkləyə bilməyənlərə deyəcəm: ümid edirik ki, növbəti dəfə BMT Təhlükəsizlik Şurası Fələstinin qəbulu məsələsinə yenidən baxanda bunu edəcəyik. Bəli, biz geri qayıdacağıq – daha güclü və daha yüksək səslə. Bizi BMT Baş Assambleyasının böyük əksəriyyəti dəstəkləyəcək”, – deyə daimi nümayəndə bildirib.

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edib və Əlcəzairin Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnamə layihəsini bloklayıb.