BMT Moldovada rus dilindən imtinanı tənqid edibbackend

BMT Moldovada rus dilindən imtinanı tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Komitəsi Moldovada etnik azlıqların hüquqlarının pozulmasını və dövlət qurumlarında rus dilindən istifadənin rədd edilməsini tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

“Komitə etnik azlıq qruplarının üzvlərinin ayrı-seçkiliklə üzləşməsi ilə bağlı xəbərlərdən narahatdır”, – məlumatda bildirilir.

Komitə qeyd edib ki, analoji pozuntular etnik azlıqların nümayəndələrinin işə götürülməsində, seçkilərdə iştirakında, ictimai məlumatların alınmasında və ədalət mühakiməsinə çıxışında müşahidə olunur. Bütün bunlar dövlət orqanlarının rus dilindən istifadəyə qoyduğu məhdudiyyətlərlə bağlıdır.

Estoniyanın Baş naziri Kaya Kallas bildirib ki, əgər respublika hakimiyyəti ölkənin rusdilli sakinləri ilə eston dilində danışmağı təşviq edərsə, o zaman dili daha tez öyrənə biləcəklər.