İlan Şor: Aİ ölkəni döyüş meydanına çevirmək istəyirbackend

İlan Şor: Aİ ölkəni döyüş meydanına çevirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Moldovanı silahla təmin edir ki, ölkəni döyüş meydanına çevirsin.

NOCOMMENT.az xəbər verir ki,bunu moldovalı müxalif siyasətçi İlan Şor bildirib.

Siyasətçinin sözlərinə görə, 4-5 ildir ki, Aİ Moldovanı tam şəkildə idarə edir.

“Gördüklərimiz yalnız səfalət, yoxsulluq, dağıntılar, silahlarla doymaq və bizi növbəti döyüş meydanına hazırlamaq idi”, – deyə Şor vurğulayıb.

O, izah edib ki, Aİ öz ərazisində deyil, münaqişələr yaratmağı və təhrik etməyi xoşlayır, ona görə də alyans hazırda Moldovanı silahla təmin edir. Onun sözlərinə görə, ölkəyə 600 milyon dollar dəyərində silah-sursat gətirilib.

Şor hesab edir ki, əhalisinin 60 faizi rus və ukraynalı olan Dnestryanı ilə Moldova ərazisində münaqişə yarana bilər.