BMT Sudan üçün toplanacaqbackend

BMT Sudan üçün toplanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres aprelin 15-dən bəri münaqişənin yaşandığı Sudandakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) iclasa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Sudandakı tərəflərin humanitar yardım göstərmək üçün daha çox əməkdaşlığa başladığını ifadə edən BMT-nin sözçüsü Stefan Düjarrik, BMT tərəfdaşlarının çata biləcəkləri bütün nöqtələrə yardım çatdırmağa çalışdıqlarını bildirib.

“Təsdiq edə bilərəm ki, BMT-nin Baş katibi BMT TŞ-ni Sudandakı dramatik vəziyyəti üzv dövlətlərlə müzakirə etmək üçün çağırıb. Günün ikinci yarısında baş tutacaq iclas qapalı iclasda keçiriləcək”. deyə Düjarrik bildirib.

NOCOMMENT.AZ