BMT Sudanda əməliyyatların dayandırıldığını elan etdibackend

BMT Sudanda əməliyyatların dayandırıldığını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) ordu ilə Sürətli Dəstək Qüvvələri (HDK) arasında yaranan qarşıdurmalara görə Sudandakı əməliyyatlarını dayandırmaq qərarına gəldiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məlumat verib.

O, Sudanda şəxsi heyətin qarşıdurma səbəbindən giriş-çıxışda maneələrlə üzləşdiyini, sərhədlərin və hava limanının bağlı olduğunu bildirib.

BMT-nin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldıqlarını bildirən Düjarrik, normal şəraitdə BMT-nin 10 təşkilatı və 80-dən çox qeyri-hökumət təşkilatının ölkədə 250-yə yaxın proqram həyata keçirdiyini qeyd edib.

NOCOMMENT.AZ