BMT: Sudanda məcburi köçkünlərin sayı 2,8 milyona çatıbbackend

BMT: Sudanda məcburi köçkünlərin sayı 2,8 milyona çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insanın yerindən didərgin düşdüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) Sudanda münaqişənin başladığı 15 apreldən bəri topladıqları məlumatları paylaşıb.

Yazılı açıqlamada Sudanda son 11 həftədə 15 humanitar yardım işçisinin həyatını itirdiyi bildirilib.

Sudanda 2,8 milyon insanın didərgin düşdüyünə diqqət çəkən bəyanatda 2,2 milyon insanın məcburi köçkün olduğu, 615 min insanın isə qonşu ölkələrə köç etdiyi bildirilib.

NOCOMMENT.AZ