BMT tərəfləri şəhərlərə hücum etməməyə çağırıbbackend

BMT tərəfləri şəhərlərə hücum etməməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT baş katibinin köməkçisi Xalid Xiari Təhlükəsizlik Şurasının Belqorodda keçirilən iclasında münaqişə tərəflərini məskunlaşan ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Biz həm Ukraynada, həm də Rusiya Federasiyasında şəhər, qəsəbə və kəndlərə bütün hücumları birmənalı şəkildə pisləyirik”, – deyə o bildirib.

Xiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır.