BMT: Xəstəxanaya hücumla bağlı araşdırma aparılmalıdırbackend

BMT: Xəstəxanaya hücumla bağlı araşdırma aparılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu ilə bağlı araşdırma aparılmalı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT sözçünün müavini Farhan Haq gündəlik mətbuat konfransında deyib

“Biz tələsik hərəkət etmək istəmirik. Məsələ burasındadır ki, araşdırma aparılmalıdır. Qaydalara baxaraq hərəkət edəcəyik”, – deyə Haq qeyd edib.

Onun sözlərinə görə, oktyabrın 7-dən bu yana 1300 israilli və 3 mindən çox fələstinli həyatını itirib.