“Bolt” taksilər 20 manatlıq yol üçün 40 manat tələb edirbackend

“Bolt” taksilər 20 manatlıq yol üçün 40 manat tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolt” taksi sürücüləri hava limanından şəhər istiqamətində 20 manat göstərən yol üçün 40 manat tələb edirlər.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı ReAl Partiyasının sədri Natiq Cəfərli yazıb. O, bildirib ki, “Bolt” taksi sürücüləri həmin yolu 40 manatdan aşağı qiymətə aparmır:

“Hava limanından “Bolt”a sifariş verirəm, taksi tapılır və 20 manat göstərir. 1 dəqiqə ötməmiş sürücü zəng edib deyir ki, yazılan qiymət sərf etmir, 40 manata razısansa, gəlim, imtina edirəm.

İkinci sifariş verirəm, düşünürəm ki, bəlkə nəsə səhvdir. Bu dəfə 25 manat göstərir, yenə sürücü zəng edir, həmin qiymətə yox, 40 manata gedirsənsə, gəlim deyir… Razılaşmıram və üz tuturam hava limanındakı avtobusa (1.3 AZN), 28 Mayda Bakı-Sumqayıt qatarına (1.2 AZN) “xoroşa” deyib gedirəm doğma şəhərimə. Və Sumqayıt Dəmiryolu Vağzalından 3 manat taksiylə məhəlləyə.

Beləliklə, hava limanından evə 5.5 manat xərcim çıxır, 34.5 manat cibimdə qalır. Bolt sürücüləri yəqin hələ 40 manatlıq müştəri axtarırlar, halbuki, sifarişdə 20-25 manat göstərir.

Boltun qayğalarını möhkəm sıxdıqlarından qiymətləri COP29 Azerbaijanın belinə qaldırıblar”.\\Tribunainfo.az