Borrel Qəzza zolağındakı xəstəxanalarla bağlı vəziyyətdən danışdıbackend

Borrel Qəzza zolağındakı xəstəxanalarla bağlı vəziyyətdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra mətbuat konfransı zamanı Qəzza zolağında 35 xəstəxanadan 20-nin fəaliyyətini dayandırdığını bildirib. Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Qəzzada bəzi xəstəxanalar tamamilə dağılıb.

“Xəstəxanaların bəziləri dağıdılıb. ÜST-ün məlumatına görə, 35 xəstəxanadan 20-si yanacaq, su və elektrik olmadığı üçün fəaliyyətini dayandırıb”, – Borrell paylaşıb.

O, anklavda əhaliyə humanitar yardımların çatdırılmasında yaranan çətinliklərdən də danışıb. Avropa İttifaqı Qəzzaya humanitar yardımın həcmini 100 milyon avroya çatdırıb, lakin onunla birlikdə yük maşınları anklav ərazisinə daxil ola bilmir.