Böyrəkləri məhv edən 3 vərdişbackend

Böyrəkləri məhv edən 3 vərdiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir çoxumuz sağlamlığımıza qeyri-ciddi yanaşırıq: qışda bir sviterdə mağazaya qaçırıq, soyuq döşəmədə ayaqyalın gəzirik, soyuq suda çimirik və s. Bütün bunlar sağlamlığımıza son dərəcə mənfi təsir göstərə, hətta böyrəkləri sıradan çıxa bilər.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, həkim – nefroloq Andrey Mostovoy böyrəkdəki problemlər oradakı iltihabın “yüngül” siqnalları ilə başladığını deyib:
“Birincisi, bel bölgəsində ağırlıq hiss olunur, sonra tualetə getmək adi haldan daha çətinləşir, sidiyə getməyin tezliyi və axıtmanın xarakteri dəyişir.
Bu siqnalları görməzdən gəlməyin acı nəticələri ola bilər”.
Həkimin fikrincə, bu problemlərlə qarşılaşmamaq üçün ilk növbədə böyrəklərə yaxşı qulluq etmək lazımdır.
“Axı təbiət onlara ifrazat, maddələr mübadiləsi, qan təzyiqinin tənzimlənməsində iştirak, homeostaz kimi bir çox həyati funksiyaları həvalə edib. Buna görə də böyrəklərdə ən kiçik nasazlıq və ağrı belə, ciddi sağlamlıq problemlərini göstərə bilər” – deyə, həkim əlavə edib.
Həkim hava şəraitinə uyğun geyinməyi, soyuqdan mümkün qədər qorunmağı tövsiyə edib:
“Böyrəklər daha həssas olur və iltihablana bilir. Ayaqlarda nasazlığa dözmək xüsusilə təhlükəlidir. Fəsadların qarşısını almaq üçün vaxtında həkimə müraciət etmək lazımdır”.