Böyrəkləri sıradan çıxaran vərdişlərbackend

Böyrəkləri sıradan çıxaran vərdişlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bədənimizdəki önəmli orqanlardan olan böyrək qanı filtirləyərək orqanizmdən artıq maddələrin atılmasına kömək edir. Eyni zamanda bədənin turşuluq, maye balansını və  qan təzyiqini tənzimləyir.

Bəs bu qədər önəmli işləri görən orqanımızı necə qoruya bilərik?

NOCOMMENT.az xəbər verir ki, həddindən artıq protein qəbulu bədəndə ammonyak səviyyəsini artıraraq böyrəyin sürətlə işləməsinə şərait yaradır. Bu da getdikcə böyrəyin getdikcə zəifləməsinə səbəb olur.

Böyrək yetməzliyinə səbəb olan duz qan təzyiqini tənzimləmək üçün böyrəyə həddindən artıq təzyiq göstərir.

Susuzluq böyrəklərin ən böyük düşmənidir. Mütəxəssislər hər gün təxminən 10 stəkan su içməyi məsləhət görürlər.

Qan damarlarının daralması və sərtləşməsinə səbəb olan siqaret eyni zamanda böyrəklərə də zərər vurur.

Həddindən artıq spirt qəbulu qanda turşuluğu artıraraq böyrək borularının tıxanmasına və daşın meydana gəlməsinə səbəb olur.

Özəlliklə qəbul olunan ağrı kəsicilər böyrəklərə zərər vuraraq ək təsirlər göstərər bilir. Dərmanların düzgün qəbul olunmaması böyrək çatışmazlığına səbəb olur.

B6 vitaminin əskikliyi böyrək daşı riskini artırır. Bu vitamini fısdıq, noxud və balıqdan almaq mümkündür.