BP Azərbaycanın 68 milyon manatlıq vergi borcu yarandıbackend

BP Azərbaycanın 68 milyon manatlıq vergi borcu yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
  • BP Exploration (Caspian Sea) Limited-in Azərbaycandakı nümayəndəliyinin böyük məbləğdə vergi borcu yaranıb.

NOCOMMENT.az Teleqraf-a istinadla xəbər verir ki, BP Exploration (Caspian Sea) Limited Şirkətinin Azərbaycandakı nümayəndəliyi (VÖEN: 9900068341) 68 milyon 13 min 900,77 manat məbləğində vergi borcu var.

Nümayəndəlik 17 yanvar 2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçi kimi Giovanni Cristofoli qeyd olunur.
Şirkətin nizamnamə kapitalı barədə göstərici qeyd edilməyib.

Qeyd edək ki, 2021 –ci ildə Dövlət Gömrük Komitəsi BP Exploration (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərib.

Şirkət barəsində 13 iyul 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə protokol tərtib edilib.
İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

2024-cü ildə də “BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti”nin Azərbaycandakı nümayəndəliyinə inzibati protokol yazılıb.
Məlumata görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Xatırladaq ki, “BP Azərbaycan” Azərbaycanda əsas hüquqi şəxs “BP Eksploreyşn (Kaspian Si) Limited (“BP Exploration”(Caspian Sea) Limited”) şirkətidir. Şirkət 1995-ci ildən nümayəndəlik açıb.