BP-yə yeni baş direktor təyin olundubackend

BP-yə yeni baş direktor təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın neft-qaz şirkəti BP ötən ilin sentyabr ayından icraçı direktor vəzifəsini icra edən Murray Okinklossun şirkətin yeni baş direktoru təyin edildiyini açıqlayıb.

NOCOMMENT.az yenisabah.az-a istinadla xəbər verir ki, 2020-ci ildən neft və qaz şirkətinə rəhbərlik edən Bernard Luni istefaya getməyə məcbur olduqdan sonra cənab Okinkloss BP-nin baş icraçı direktoru vəzifəsinə keçib.

2022-ci ildə həmkarları ilə münasibətləri ilə bağlı cənab Luniyə qarşı araşdırma başladılıb. Həmin vaxt şirkət kodeksinin pozulması faktı aşkar edilməyib. Lakin sonradan məlum olub ki, cənab Luni işçilərlə keçmiş münasibətlərin bəzi təfərrüatlarını gizlədib.

Hansı pozuntuların müzakirə olunduğu açıqlanmayıb. Dekabr ayında direktorlar şurası indiki keçmiş baş direktoru 32,4 milyon funt sterlinq ödəmədən məhrum etmək qərarına gəlib.