Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər varbackend

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın San-Paulu ştatında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hava nəqliyyatı vasitəsi ştatda yaşayışın olduğu bölgəyə düşüb.

Qeyd olunub ki, ölənlərin hamısı təyyarənin göyərtəsində olublar. Məlumata görə, yerdə zərərçəkmiş olmayıb.

Fernandopolis şəhərindən havaya qalxan RV-10 təyyarəsi, planlaşdırılan təyinat yerindən təxminən iyirmi kilometr aralıda qəzaya uğrayıb. Təyyarə qəzasında 4 yaşlı uşaq, onun valideynləri, təyyarəni idarə edən iş adamı və 17 yaşlı qız həlak olub.