Brilliant Dadaşovadan qazimizə hörmətsizlik – VİDEObackend

Brilliant Dadaşovadan qazimizə hörmətsizlik – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səs Azərbaycan” yarışmasına qatılan qazimizi yarışmada Xalq artisti Brilliant Dadaşovadan başqa hər kəs ayaq üstə alqışlayıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Murad Bayramlı adlı iştirakçı müsabiqədə “Nazəndə sevgilim” mahnısını ifa edib.

Murad yarışmaya Bakıdan qatıldığını və Vətən müharibəsində iştirak etdiyini söyləyib. Qazinin sözlərindən sonra tamaşaçılar və münsiflər ayağa qalxaraq onu alqışlayıblar. Lakin Brilliant Dadaşova yerindən qalxmayıb.

Müğənninin bu hərəkəti qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq qınaq atəşinə tutulub.

Həmin görüntüləri təqdim edirik: