Böyük Britaniyanın hakimiyyət orqanları narahatdır ki, Fransadakı böhran səbəbindən La-Manş boğazını keçən qanunsuz miqrantlarla mübarizə zəifləyə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Times qəzetinin hökumət mənbələrinə istinadla məlumat verilir.
Məqalədə bildirilir: “Fransadakı siyasi vəziyyət mürəkkəbdir. Hələ də ümid edirik ki, onlar bu işi həyata keçirəcəklər, amma bu hadisələr fonunda vəziyyət çətinləşib.”
Qeyd olunur ki, söhbət La-Manşda miqrantların gəmi ilə keçməsinin qarşısının alınmasından gedir. Fransız qanunlarına görə, artıq boğazı keçən miqrantları saxlaymaq olmaz – fransız hüquq-mühafizə orqanları yalnız müəyyən hallarda müdaxilə edə bilərlər.
Fransa polisi artıq dəniz qanunvericiliyində dəyişikliklərin tərəfdarı olduğunu bildirib, bu da miqrant axınını quru ərazidə də dayandırmağa imkan verəcək.