Britaniya gəmisinə Yəmən sahillərində növbəti dəfə hücum olubbackend

Britaniya gəmisinə Yəmən sahillərində növbəti dəfə hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya şirkətinə məxsus gəmiyə Yəmən sahillərində növbəti hücum olub.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, məlumatı Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yayıb.

Agentliyin məlumatına görə, Britaniyanın “Ambrey” şirkəti Yəmən sahillərində Malta bayrağı altında yük gəmisi Zoqarafiyaya raketin düşməsi barədə məlumatı təsdiqləyib.

Hadisəni Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) da təsdiqləyib.

“UKMTO-ya Yəmənin Salif limanından təxminən 100 dəniz mili şimal-qərbində baş verən insidentlə bağlı məlumat verilib”, – bəyanatda deyilir.