Britaniyanın Baş naziri istefa veribbackend

Britaniyanın Baş naziri istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, 45 gün əvvəl bu vəzifəyə seçilmişdi.

L.Trass həmçinin Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən də istefa verib.

Qeyd edək ki, o, yeni hökumət başçısı seçilənədək ölkənin Baş naziri vəzifəsində qalacaq. L.Trass Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının sədrinin növbəti həftələrdə seçiləcəyini açıqlayıb.

O, bu vəzifəyədək Britaniyanın xarici işlər naziri idi.