BŞİH maşının üzərinə aşan ağacla bağlı məlumat yaydıbackend

BŞİH maşının üzərinə aşan ağacla bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.

Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.