BTC-nin xərcləri azalıbbackend

BTC-nin xərcləri azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 25 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 3 milyon ABŞ dolları xərclənib.

NOCOMMENT.az “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 457 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin I rübündə BTC üzrə əməliyyat xərclərinin həcmi ötən ilin I rübü ilə eyni olub, əsaslı xərclərin həcmi isə 50% azalıb.

Rüb ərzində isə BTC vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 76 tankerə yüklənib.

I rübdə BTC ilə nəqlin həcmi illik müqayisədə 3,75% azdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən tranzit nefti nəql olunur.