Bu alqı-satqıdan Vardanyana 148 milyon dollar çatacaq…backend

Bu alqı-satqıdan Vardanyana 148 milyon dollar çatacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ən böyük bankı olan “Ameriabank”ın satıldığı rəsmən təsdiqləndi. Bank səhmlərinin 90%-i “Bank of Georgia Group”un nəzarətinə keçib. Səhmlərin 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankının nəzarətində olacaq.

NOCOMMENT.az “azpolitika”ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı Allahverdi Aydın yazıb. Onun sözlərinə görə, yeni səhmdarlar bankı almaq üçün 303,6 milyon dollar ödəyiblər. “Bu vəsaitin 148,2 milyon dolları Bakıda DTX-nın təcridxanasında oturan Ruben Vardanyana çatacaq. Çünki “Ameriabank”ın səhmlərinin 48,8%-i ona məxsus olub”, – o əlavə edib.

İqtisadçı qeyd edir ki, Bakıda həbsxanda olan Ruben Vardanyanın alqı-satqı əməliyyatlarında hansı formada iştirak etməsi maraqlıdır: “Ehtimal etmək olar ki, alqı-satqı Vardanyanın öz vəkillərinə verdiyi etibarnamə əsasında baş tutub. Amma Azərbaycanın buna necə və hansı şərtlərlə razılıq verdiyi də məlum deyil. Başqa bir diqqət çəkən məqam odur ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana, 25-də isə Ermənistan səfər edib. Alqı-satqı müqaviləsi də bu səfərlərdən sonra imzalanıb”.

A.Aydının sözlərinə görə, “Ameriabank”ın bu ilin ilk rübündəki xalis mənfəəti 33 milyon dollar olub. “Bu, “Kapital Bank” istisna olmaqla, Azərbaycandakı bütün özəl bankların mənfəətindən çox olub”, – iqtisadçı qeyd edib.