Bu artıq biabırçılıqdır! – Azəriqazla bağlı daha bir çağırışbackend

Bu artıq biabırçılıqdır! – Azəriqazla bağlı daha bir çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz”ın yarıtmazlığı ucbatından vətəndaş qışın soyuğunda qazsız qalır. Bu, nə texniki nasazlıqdır, nə də təsadüf — bu, illərlə formalaşmış səhlənkarlığın və cəzasızlığın nəticəsidir. Evdə uşaq, yaşlı, xəstə var, amma “Azəriqaz” üçün əsas olan yenə də vətəndaş deyil, öz rahat kreslosudur.”

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

Onun fikirləriniin tamamını təqdim edirik:

“Ödəniş sistemi çöküb, smart kart işləmir, insanlar qaz ala bilmir. Alternativ yoxdur, məsuliyyət yoxdur, hesabat yoxdur. Qazı vaxtında ödəməyə gecikəndə dərhal kəsən qurum, minlərlə evi soyuğa məhkum edəndə niyə cavab vermir?

Bu artıq xidmət problemi deyil, insanlara qarşı açıq hörmətsizlikdir. Qışın ortasında qazsız ev — bu, sosial cinayətdir. Adını “smart” qoyduğunuz sistem, əslində iflic, çürük və insan taleyinə biganə bir mexanizmdir.

Vətəndaşı soyuqda qoyan qurumun heç bir bəhanəyə haqqı yoxdur. Bu qədər səriştəsizliklə idarə olunan bir struktur ya tam yenilənməlidir, ya da cavab verməlidir. Çünki qaz lüks deyil — yaşamaqdır.

Susmaq olmaz. Bu səhlənkarlıq hesabsız qalmamalıdır”.