Bu aviaşirkət 79 milyon təzminat ödəyəcəkbackend

Bu aviaşirkət 79 milyon təzminat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qantas Airways” minlərlə ləğv edilən reyslərə bilet satışına görə 79 milyon dollar təzminat ödəməyə razılaşıb.

NOCOMMENT.az xəbər verir ki, Avstraliya Rəqabət və İstehlak Komissiyasının sədri Cina Kass-Qottlib bildirib ki, şirkət, həmçinin bu hərəkəti təkrarlamamaq barədə öhdəlik götürüb.

Qeyd edək ki, Avstraliya Rəqabət və İstehlak Komissiyası Sidneydə yerləşən aviaşirkəti ötən il Federal Məhkəməyə verib.

Komissiya Qantasın 2021-ci ilin mayından 2022-ci ilin iyuluna qədər ləğv edilən 8000-dən çox uçuş üçün biletləri reklam edərək yalan və aldadıcı davranışlar göstərməkdə ittiham edib.