Bu dövlət 90 milyon potensial COVİD-19 peyvəndi sifariş verdibackend

Bu dövlət 90 milyon potensial COVİD-19 peyvəndi sifariş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə höküməti COVİD-19- a görə hazırlanan və hələ də sınaq mərhələsində olan peyvənd üçün Alman dərman şirkəti BioNTech və Amerika dərman şirkəti Pfizer ilə 30 milyon doza, Fransız dərman şirkəti Valvena ilə 60 milyon doza üçün müqavilə imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, İngiltərə hökuməti, yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanan 90 milyon doza potensial peyvənd tədarükü ilə bağlı razılıq əldə edildiyini açıqladı.

Məlumata görə Alman dərman şirkəti BioNTech ilə Amerika dərman şirkəti Pfizer-in hazırladıqları peyvənd artıq 2-ci sınaq mərhələsindədir.

“The Guardian” qəzeti, hər iki potensial Covid-19 peyvəndinin təsirinin Oksford Universiteti tərəfindən hazırlananlardan fərqli olduğunu, daha əvvəl İngiltərə hökumətinin Oksford Universiteti tərəfindən hazırlanan potensial peyvənddən 100 milyon ədəd sifariş verdiyini qeyd edib.