Bu ərazilərdən də çıxacağıq – Erməni nəşrindən ŞOK İDDİAbackend

Bu ərazilərdən də çıxacağıq – Erməni nəşrindən ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhvil prosesi Berdzor (Laçın), Ağavno (Zabux), Susun təhvil verilməsi ilə bitməyəcək. Bundan sonra biz Ermənistanın özündən, xüsusən Tavuş marzının Noyemberyan hissəsindən çıxacağıq”.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

“Rəsmi mənbənin sözlərinə görə, bu, sərhəddə güc tətbiq edilmədən demarkasiya işləri nəticəsində baş verəcək. Ermənilərin idarə etdiyi Ayqepar, Bağanıs və digər kəndlərin məsələsində Azərbaycan qətiyyətlə bu ərazinin sovet dövründə ona məxsus olduğunu təkid edir.

Mənbəmizdən sərhədlərin demarkasiyası nəticəsində Azərbaycandan Ermənistana keçəcək hissənin olub-olmadığını soruşduq. O deyib ki, Sevliçin (Qara göl) müharibədən sonra onların nəzarətinə keçən hissəsi var və Azərbaycan ordusu Sotkun (Zod) qabaqcıl hissələrindən geri çəkiləcək.

Müsahibimiz həmçinin, əmin edib ki, anklavlar, Tiqranaşen (Kərki) və ya Artsvaşen (Başkənd) məsələsi müzakirə olunmur”, – nəşr yazıb.