“Bu fərmanın əhəmiyyəti həddən artıq böyükdür” – Hərbi ekspert Prezidentin Fərmanını şərh etdibackend

“Bu fərmanın əhəmiyyətiddən artıq böyükdür”Hərbi ekspert Prezidentin Fərmanını şərh etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dövləti ordu quruculuğu ilə yanaşı ordunun öz silahlarımızla təmin edilməsi məsələsinə də xüsusi diqqətlə yanaşır. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin yaradılması özü tarixi bir hadisə idi. 44 günlük vətən müharibəsində də Azərbaycan ordusu öz silahlarımızdan da istifadə etdi”.

Bunu NOCOMMENT.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspertin sözlərinə görə bu gün həm Azərbaycan ordusu, həm Daxili İşlər Nazirliyi Müdafiə Sənayesi Nazirliyinin silahlarından istifadə edir. Beynəlxalq sərgilərdə Azərbaycan silahları nümayiş etdirilir. Bu silahların çoxuna “Mübariz”, “İstiqlal” kimi milli adlar verilib. “Azərbaycanda keçirilən beynəlxalq silah sərgiləri də çox önəmlidir. Eyni zamanda dünyanın bir çox ölkələrində keçirilən silah sərgilərində də Azərbaycan yaxından iştirak edir”.

Ekspert qeyd edib ki, son illər Türkiyədə Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə türk ordusu özünün silah-sursatının 80%-ni təmin edir. 20 il bundan əvvəl bu 20% idisə artıq 80% faizdir. “Türkiyənin pilotsuz uçuş aparatları, gəmiləri, tankları var. Təyyarələr istehsal etməyə başlayıblar. Çox vacib bir şeydir ki, hər bir ölkə öz ordusunu silahla təmin etsin”.

E. Həsənli sonda bildirib ki, Cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyinin tərkibində “Azərsilah Müdafiə Holdinqi” QSC-nin yaardılması fərmanı da çox önəmlidir. “Azərbaycan qardaş ilə, Pakistanla, dünyanın qabaqcıl ölkələri ilə ortaq silah istehsal edəcək. Həm öz ordusu üçün həm də dünyaya silah satması baxımından çox vacib bir addımdır. Azərbaycan silahlarından istifadə edən ölkələrin sayının artması üçün Azərbaycanın hərbi elmi potensialı buna imkan verir. Xüsusən qardaş Türkiyə ilə bu sahədə birgə işlər görüləcək. Pilotsuz uçuş aparatlarının istehsalı müasir texnologiyaya uyğun silahların istehsalı çox önəmlidir. 44 günlük Vətən müharibəsi, ardınca isə Rusiya-Ukrayna müharibəsi onu göstərdi ki, dünyada artıq müharibəyə baxış dəyişib. Ordunun idarə edilməsinə, qoşun növlərinə eyni zamanda silahlanmasına da münasibət dəyişib. Günün tələbləri başqadır, tələblərə uyğun silahlar istehsal edilməlidir və ordu bu silahlardan istifadə etməlidir. Bu baxımdan bu fərmanın əhəmiyyəti həddən artıq böyükdür”.