Bu gün 62 mindən çox şagird imtahan verir – Çətinlik dərəcəsi necə olacaq?backend

Bu gün 62 mindən çox şagird imtahan verir  – Çətinlik dərəcəsi necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II istiqamət üzrə cari il məzunları üçün buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, imtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur. mtahan saat 11:00-da başlanacaq. 10:45-də buraxılış rejimi dayanacaq, zamanında imtahan binasında olmaq lazımdır.

Bildirilib ki, DİM tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alanlar da imtahan verirlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu gün keçiriləcək imtahanda istifadə olunan sual tapşırıqları 9 mart tarixində imtahan vermiş abituriyentlər üçün asan, imtahan verənlər üçün isə çətin görünə bilər.

Tunar

NOCOMMENT.az