Bu gün Amnistiya Aktının icrası başa çatırbackend

Bu gün Amnistiya Aktının icrası başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 8 Noyabr- Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatır.

Bu barədə NOCOMMENT.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mart ayının 11-də Ədliyyə Nazirliyində səlahiyyətli nümayəndələrin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil edilməsi nəzərdə tutulub.