Hava şəraitinin dəyişməsi ilə əlaqədar avtobusların bu gün saat neçəyə qədər işləyəcəyi açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.
Belə ki, bu gün avtobuslar adi rejimdə işləyəcək.
“Əgər hər hansı bir dəyişiklik olsa, ictimaiyyətə məlumat veriləcək”,- deyə agentlikdən bildirilib.