Bakı məktəblərində şagirdlərin dərsə davamiyyəti necə olub?backend

Bakı məktəblərində şagirdlərin dərsə davamiyyəti necə olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb:

“Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib”.

“Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”, – deyə məlumatda qeyd edilib.