Bu gün qan verənlərin sayı AÇIQLANDIbackend

Bu gün qan verənlərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Aşura günü ilə əlaqədar Bakı şəhərində yerləşən 6 məsciddə və Mərkəzi Qan Bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları təşkil olunub.

Bu barədə NOCOMMENT.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib. Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.