Bu gün şəhid olan hərbçimizin FOTOSUbackend

Bu gün şəhid olan hərbçimizin FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində əsgərimiz Nəzərov Ayaz Azər oğlu şəhid olub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, şəhid Ayaz Nəzərov Tovuz rayon Bozalqanlı kəndindəndir.

24 yaşlı Azər Nəzərov ailənin 2-ci oğludur və ondan böyük bir qardaşı var. Böyük qardaşı subaydır.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.