Bu gün Xankəndidə qarşıdurma gözlənilir – Səbəbbackend

Bu gün Xankəndidə qarşıdurma gözlənilir – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçılar qondarma “parlament”də “prezident” seçkiləri keçirəcək. İki namizəd var: biri Araikin xələfi hesab olunan və keçmiş “Qarabağ klanı”na daxil olan bütün qüvvələr tərəfindən dəstəklənən Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan, Ağdam-Xankəndi yolunun açılmasını – bu, məqsədyönlü mövqedir – qəbul edən Samvel Babayandır;

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, Babayanın “namizədliyi” qeydə alınmadığı üçün Şahramanyan yeganə “namizəd” kimi separatçıların yeni “başçısı” olacaq. Erməni mənbələr qondarma “seçki” günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini “təxribatlara” uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.

Baş verənlər “seçki günü” Xankəndidə qarşıdurmanın yarana biləcəyini göstərir, hərçənd, mövcud vəziyyətdə Babayan “zəif bənd”dir və onun Şahramanyanı dəstəkləyən qrupa qarşı nəticə əldə etməsi çətin görünür. Bu baxımdan, qondarma “seçki” baş tutarsa, Şahramanyan separatçıların yeni “başçısı” olacaq.

Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma “seçkilərin” qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların “seçki günü”, yaxud ondan sonrakı günlərdə atılması mümkündür.