Bu gün Zəngilan Şəhəri Günüdürbackend

Bu gün Zəngilan Şəhəri Günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür.

NOCOMMENT.az bildirir ki, Azərbaycanda Zəngilan Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.