Bu gündən İsveç NATO-nun qalxanı altında olacaqbackend

Bu gündən İsveç NATO-nun qalxanı altında olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsveç 200 illik neytrallıqdan sonra tarixin ən güclü hərbi alyansına qoşulur”.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq İsveçin bayrağının NATO-nun baş qərargahında qaldırılması ilə bağlı mərasimdən əvvəl bu ölkənin Baş naziri Ulf Kristerssonla keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq vurğulayıb ki, İsveç NATO-nun uzunmüddətli tərəfdaşı olub və indi alyansın müttəfiqidir:

“İsveç NATO stolu ətrafında öz haqlı yerini aldı. Bu gündən İsveç NATO-nun qalxanı altında olacaq və müqavilənin 5-ci bəndi İsveç üçün də aktivləşir. İsveçin NATO-ya qoşulması bu ölkənin təhlükəsizliyi və şimal regionun stabilliyi üçün yaxşıdır. İsveç NATO-nun uzunmüddətli tərəfdaşı olub və indi alyansın müttəfiqi olacaq. İsveç yüksək səviyyəli hərbi imkanlara, hazırlıqlı hərbi qüvvələr malikdir və bunlar NATO-nun imkanlarına töhfə verəcək”.

NATO Baş katibi Stokholmun yüksək səviyyəli hərbi imkanlara, qüvvələrə malik olduğunu vurğulayaraq alyansın gücünə töhfə verəcəyini deyib.