Bu il 110 piyadanı maşın vurub öldürüb – RƏSMİbackend

Bu il 110 piyadanı maşın vurub öldürüb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər piyada vurma hadisələrinin sayında artım müşahidə olunur”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat evrib.

M.Ağayev qeyd edib ki, statistik göstəricilərə əsasən, cari ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“Bu da ümumi yol qəzalarının 41.6 faizini təşkil edir. Təkcə Bakı şəhəri üzrə bu göstəricinin 63.9 faiz təşkil etməsi isə ciddi narahatlıq doğurur. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 239 piyada vurma hadisəsi qeydə alınmışdır ki, nəticədə 110 nəfər həlak olub, 147 nəfər isə yaralanıb”.