Bu il Azəriqaz-ın 14 əməkdaşı işdən çıxarılıbbackend

Bu il Azəriqaz-ın 14 əməkdaşı işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Brliyi üzrə işçilərə 2 310 intizam tənbehi verilib.

NOCOMMENT-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bunlardan 611-i mühəndis-texniki işçilərə, 1 699-u isə fəhlə heyətinə verilib: “Bu müddət ərzində intizam tənbehlərindən 1 237-si töhmət, 820-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 239-u aylıq əmək haqqının 4/1 məbləğindən tutulma, 14-ü isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilmə olub”.

R.Cavadov qeyd edib ki, bu ilin iyul ayı ərzində “Azəriqaz” üzrə işçilərə 169 intizam tənbehi verilib: “Bunlardan 55-i mühəndis-texniki işçilərə, 114-ü isə fəhlə heyətinə verilib. İyulda intizam tənbehlərindən 78-i töhmət, 72-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 17-si aylıq əmək haqqının 4/1 məbləğindən tutulma, 2-si isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmə olub”.