Bu il ən böyük bahalaşma hansı rayondadır?backend

Bu il ən böyük bahalaşma hansı rayondadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycanda yüksək qiymət artımları müşahidə edilir. Aparılan qiymət müayinələri göstərir ki, 2022-ci ildə bütün rayon və şəhərlərdə yüksək bahalaşma qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bəzi rayon və şəhərlərdə bahalaşma daha güclü olub və respublika üzrə orta göstəricini ötüb.

Xatırladaq ki, Azərbaycanda 2022-ci ilin yanvar-aprel ayları ərzində bahalaşma 12,4 faiz olub.

Qiymətlərin artım sürətinə görə ilk yerdə Qax rayonu dayanır. Bu rayonda son bir ildə qiymətlər 24,9 faiz artıb.

Qaxda qiymətlərin belə böyük sürətlə artması bütün məhsul qrupları üzrə qeydə alınıb. Ərzaqlarda qiymət artımı 28,6 faiz, qeyri-ərzaqlarda 18,4 faiz, pullu xidmətlərdə 24,8 faiz bahalaşma olub.

Bahalaşmaya görə ikinci yerdə Ağstafa rayonu gəlir. Bu rayonda qiymətlər 18,5 faiz artıb. Ağstafada yüksək bahalaşma ərzaq (24,7 faiz) və pullu xidmətlərlə (18,6 faiz) bağlıdır.

Bu il Masallı (17,9 faiz), Tərtər (17,7 faiz), Xaçmaz (17,1 faiz), Abşeron (16,9 faiz) rayonları da qiymətlərdə artımın yüksək olması ilə seçilib.

Ən az qiymətlər isə həmişə olduğu kimi Naxçıvan Muxtar Respublikasında baş verib. Naxçıvanda qiymətlər cəmi 5,9 faiz artıb.

Muxtar Respublikadan başqa Xızı rayonunda (6,8 faiz) da zəif qiymət artımı olub.