Bu il qəbul imtahanları neçə dəfə keçiriləcək? – AÇIQLAMAbackend

Bu il qəbul imtahanları neçə dəfə keçiriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq”.

NOCOMMENT xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

“Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq”, – deyə o bildirib.

DİM sədri bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıb ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər: “Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.