Bu kartların satışı dayandırılır – BNAbackend

Bu kartların satışı dayandırılır – BNA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BakıKart” satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır.

Bunu NOCOMMENT.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir:

“Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur”.