Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun “Dünya mənə özün boyda dərd verdin” mahnısını oxumasına irad bildirib.
NOCOMMENT.az xəbər verir ki, müğənni “Qonaqcanlı” verilişində bacıların ondan icazə almadığını deyib. İfaçı bildirib ki, onlar mahnını ələ salırlar:
“Xəbərim yoxdur. Mənə heç bir söz demədən oxuyublar. Mənə zəng edib deyərdilər. Cavandırlar, musiqi dərinliyini bilmirlər. Biri var efir, biri var şou mahnıları. Biri də var toyda oxunanlar. Bu, klubda, barda, diskotekada oxunan mahnı deyil. Mənə müraciət etsəydilər, böyük kimi başa salardım. Hər yerin öz mahnısı var. Bu, barda oxunan deyil. Orada insanlar qışqırırlar, bəlkə sərxoşdular. Toylarda belə bunu məndən istəyəndə oxumurdum. Gəlib mənə yalvarırdılar. Verilişdə deyirdilər oxu, deyirdim olmaz.













