ABŞ-nin “iSeeCars” agentliyinin ekspertləri aldıqdan sonra bir il ərzində sahibləri tərəfindən satılan lüks avtomobilləri sıralayıblar.
NOCOMMENT.az oxuaz-a istinadən xəbər verir ki, bu, ən çox “Land Rover Discovery Sport” modellərinə aiddir.
Bu modellərin 29.8%-i artıq ilk 12 ay ərzində avtomobil bazarında satılır.
İkinci yerdə “Porsche Macan” qərarlaşıb, onu “Mercedes-Benz”in GLB, CLA və GLA modelləri izləyir.
Siyahıya həmçinin “Land Rover Evoque”, “Land Rover Discovery”, “Mercedes-Benz C-Class”, “BMW 5-Series” və “Jaguar F-Pace” daxildir.













