KoronaVirus İnformasiya Portalı
Bu mahnı Aprel hadisələri zamanı yazılmışdı… – VİDEObackend

Bu mahnı Aprel hadisələri zamanı yazılmışdı… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Murad Arif yeni musiqi layihəsini təqdim edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, vətənpərvərlik mövzusunda yazılan bəstə “Qələbə” adlanır.

Murad Arifin müəllifi olduğu mahnının aranjimanını Rəşad Bağırov edib. İfa sənətçinin yutub səhifəsində yerləşdirilib.

“Deyirlər ki, internetin bu vaxtında mahnı çıxartmazlar… Amma, bu nəğmə üçün daha münasib vaxt ola bilməzdi. Mən heç vaxt vətənpərvərlik mövzusunda yazmadım… İçimdən gəlmədi deyil, pafoslu, saxta olmasından çəkindim. Bu kamança və rok qarışıqlı musiqi hələ 2016-ci il Aprel hadisələrindən təsirlənib yazılmışdı… Amma, 4 il… Düz 4 il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət, bu həftə içimdəki hisslər, musiqiyə uyğun oldu…

Bu xalq hazırdır yumruqtək bir olmağa! Bütün yollar aparır bizi Qarabağa!

Bu mahnıyla bütün enerjimi, arzularımı, duyğularımı bütün ölkə, hərbçilər duysun istərəm. Mən musiqinin gücünə inanıram. Diləyin gücünə inanıram… Bütün xalqın bu gün bir arzusu var. İstərəm ki, bu nəğmə hər dəfə radiolardan səslənəndə, hamı eyni zamanda “Qələbə arzulasın. İstərəm ki, qələbə gerçək olsun! Bu yolda, nə olursa- olsun, hər bir bədələ də bir vətəndaş kimi şəxsən hazıram…

Biz bir dəfə ölsək, min dəfə dirilək!”, – deyə M. Arif sosial şəbəkədə qeyd edib.