Ermənistan ordusunda ölüm halları – ABŞ-nin HESABATIbackend

Ermənistan ordusunda ölüm halları – ABŞ-nin HESABATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ordusunda qeyri-döyüş şəraitində, dinc şəraitdə ölüm hallarının sayı artıb”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun dərc etdiyi hesabatda yazılıb.

Qeyd olunub ki, bu rəqəm 2022-ci ildə 38, 2023-cü ildə 53 olub. 2024-cü ilin ilk beş ayında isə qurbanların sayı 30-u ötüb.

Məlumata görə, bu hallar hərbçilərin fövqəladə hallarda, məsələn, çovğun, avtomobil, silahdaşı tərəfindən güllələnməsi nəticəsində olub. Görünür, Müdafiə Nazirliyi bu rəqəmləri azaltmaq üçün heç bir addım atmır.