Bu marşrutun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİRbackend

Bu marşrutun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-dən Alı Mustafayev küçəsinin “3-cü mikrorayon” dairəsindən “3-cü mikrorayon bazarı” istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 saylı marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə NOCOMMENT.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. – Azadlıq prospekti – S. Bəhlulzadə küç.- Atatürk prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.