Trampın tərəfdarı olan podkaster Çarli Kirkin öldürülməsindən sonra bir sıra yüksək rütbəli amerikalı məmurlar Vaşinqton yaxınlığındakı hərbi bazalara köçüblər.
NOCOMMENT.az bu barədə “The Atlantic” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Tramp administrasiyasının, ən azı, altı yüksək vəzifəli məmuru təhlükəsizlik səbəbi ilə evlərini tərk edərək, Vaşinqton yaxınlığındakı hərbi bazalara köçüb. Onların arasında dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də var.
Daşınmanın səbəbləri arasında Trampın siyasətinə etirazlar, məmurlara və onların ailələrinə qarşı təhdidlər və siyasi zorakılıq, o cümlədən fəal Çarli Kirkin öldürülməsi göstərilib.
Nəşr buna nümunə olaraq Ağ Ev rəhbərinin müavini Stiven Milleri göstərib. Məmurun ailəsi təhdidlərlə üzləşib, hətta bəzi sakinlər Miller ailəsinin onlarla eyni şəhərdə yaşamasına etiraz ediblər. Təhdidlər Kirkin öldürülməsindən sonra da davam edib. Nəticədə, Millerlər tezliklə hərbi şəhərciyə köçüblər.
“The Atlantic qeyd edir ki, ABŞ-nin yüksək rütbəli məmurları əvvəllər də hərbi bazalarda yaşayıblar, lakin onların sayı heç vaxt bu qədər çox olmayıb.













