Bu müharibə dünyanın geosiyasətini yenidən formalaşdırıbbackend

Bu müharibə dünyanın geosiyasətini yenidən formalaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynadakı müharibə bütün dünyanın geosiyasətinin və iqtisadiyyatının yenidən formalaşmasında əsas amil oldu”.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Frensis Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

Denis Fransis Rusiyanın Ukraynaya təşkil etdiyi hücumun Ukraynanın suverenliyini pozduğunu, günahsız mülki vətəndaşların ağrı-acılar yaşamasına səbəb olduğunu, BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozduğunu bildirib. O, BMT-yə üzv ölkələrin Ukrayna xalqının taleyinə və yaşadıqları ağrı-acılara göz yummaması lazım olduğunu vurğulayaraq, bu il həm də Rusiyanın Krımı qanunsuz ilhaqının 10-cu ildönümü olduğunu xatırladıb.

BMT-nin Ukraynadakı insan haqları təftiş missiyasının döyüşlər xaricində ölən və yaralananların sayının yanvar ayında artmağa başladığını təsbit etdiyini bildirən Denis Fransis 2024-cü ilin yanvarında 2023-cü ilin noyabr ayı ilə müqayisədə ölən və yaralananların sayının 37 faiz artdığını bildirib.