Bu ölkə dövlət mediasını ləğv edir – SƏBƏBbackend

Bu ölkə dövlət mediasını ləğv edir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın mədəniyyət və milli irs naziri Varfolomey Sienkiyeviç Polşa prezidenti Andjey Dudanın onları maliyyələşdirməyi dayandırmaq qərarından sonra Varşava bütün dövlət mediasını ləğv etmək niyyətində olduğunu bildirib .

NOCOMMENT.az xəbər verir ki,bu barədə “RİA Novosti” məlumat yayıb.

“Polşa Prezidentinin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən Polşa Televiziya, Polşa Radiosu və Polşa Xəbər Agentliyi şirkətlərinin ləğvi proseduruna başlamaq qərarına gəldim”.

Senkeviçin sözlərinə görə, müvafiq qərar maliyyələşdirmə dayandırıldıqdan sonra “bu şirkətlərin davamlı fəaliyyətini təmin etməyə, onlarda zəruri restrukturizasiyanı həyata keçirməyə və bu şirkətlərdə çalışan işçilərin ixtisarının qarşısını almağa” imkan verəcək.